"Çempionatdakı fasilə zamanı həmişə vaxtımı ailəmlə birlikdə keçirirəm. İstirahətimi əsasən valideynlərimlə keçirirəm”.
Bunu apasport.az saytına "Sumqayıt"ın futbolçusu Peyman Babayi deyib.
İranlı hücumçu Azərbaycan Premyer Liqasında yaranmış qış fasiləsindən yararlanaraq ziyarətə getdiyini açıqlayıb: “Hazırda İranın Məşhəd şəhərində ziyarətdəyəm. Qismət olarsa, buradan da İraqa - Kərbəla şəhərinə ziyarətə yollanacağam. Bu dəfə istirahət vaxtımı ailəmlə birlikdə ziyarətlərə ayırmışam".
P.Babayi komandasının mövsümün ilk yarısındakı çıxışını da dəyərləndirib: "Sumqayıt" gənc komandadır. Heyətimiz təcrübəli və gənc oyunçularla komplektləşib. Çempionatın əvvəlində xal qazana biləcəyimiz oyunlarda buna nail olsaydıq, ilk yarını daha yaxşı yerlərdə bitirərdik. Əsas odur ki, matçdan-matça oyunumuzda fərqlər olurdu, daha yaxşı çıxış edirdik. Məncə, çempionatın ilk yarısı yaxşı keçdi. Amma təbii ki, bundan da yaxşı ola bilərdi. Heyətimizdə yaxşı gənclərimiz də var. Hamımız inanırıq ki, qışdan sonra "Sumqayıt" daha yaxşı çıxış edəcək və hamı da oyunumuzu bəyənəcək”.
İranlı legioner çempionatdakı zəif çıxışa baxmayaraq, kubokda yarımfinala yüksəlməklərini məşqçi işi ilə izah edib: “Hər oyun "Sumqayıt" üçün çətin alınır. Baş məşqçimiz cavandır və gənclərin oynamasında da maraqlı biridir. Oyunlarımız çətin alınır. Kubokun 1/4 final mərhələsinin "Neftçi" ilə oyunlarında rəqib yaxşı analiz edildi. Ola bilər ki, çempionatda hər iki oyunda "Neftçi"yə uduzduq. Amma ən vacib oyunlarda onları keçdik. Burada məşqçilər korpusunun rəqibi yaxşı analiz edib, bizi oyuna yaxşı hazırlaşdırmağı özünü göstərdi. Onları da təbrik edirəm. Ümidvarıq ki, bundan sonra da yaxşı oyunlar göstərək. "Sumqayıt"a əvvəlki kimi yanaşmayacaqlar. Bu da bizim işimizi çətinləşdirir. Hazırlıq zamanı ən zəif cəhətlərimizi gücləndirmək üçün vaxtımız olacaq. Mövsüm sonunda "Sumqayıt"ı yaxşı yerdə görərik".
Hücumçu ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la matçlarına qədər hələ çox vaxtın olduğunu bildirib: “Yarımfinalda rəqibimiz "Qarabağ"dır. Amma hələ bu oyuna çox vaxt var. Görüşə hazırlıq üçün bir araya toplaşanda ən yaxşı şəkildə hazırlaşacağıq. "Qarabağ"a qarşı bütün oyunlara yaxşı hazırlaşıb, yaxşı nəticə üçün çalışacağıq. Ümidvaram ki, mövsüm sonunda yaxşı yerlərdən birini tutaraq azarkeşlərimizi sevindirərik".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı