Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirən “Qəbələ” ilk qış transferini rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” “Sumqayıt”dan ayrılan Ehtiram Şahverdiyevi heyətinə qatıb.
23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra sabiq komandasına qayıdıb.
Qeyd edək ki, 2015/16 mövsümündə “Qəbələ”də 2 matç keçirən E.Şahverdiyev 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyub.
***
Saat. 15:42
“Sumqayıt” futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
Apasport.az klubun saytına istinadən məlumat verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
2017-ci ildən bu komandada çıxış edən Şahverdiyev “Sumqayıt”ın heyətində Premyer Liqada 43 oyun keçirib. O, “Gənclik şəhəri” təmsilçisi ilə Azərbaycan kubokunun sahibi olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı