“Sumqayıt” mövsümün antirekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqanın XVII turunda “Qəbələ”yə uduzub.
Qapısında 4 cavabsız top görən sumqayıtlılar mövsümdə 4-cü dəfə böyük hesabla uduzub. Bu göstərici yeni antirekorddur.
“Səbail” üç belə yenilgi alıb. “Keşlə”, “Neftçi”, “Sabah” və “Qəbələ”nin hərəyə bir ağır məğlubiyyəti var. Yalnız “Qarabağ”la “Zirə”də belə uğursuzluq yoxdur.
“Sumqayıt” həm də bu məğlubiyyətlərin 3-nü evdə alıb. Mövsüm ərzində 4 dəfə qonaqlar meydan sahiblərini darmadağın edibsə, bunun 75 faizi eyni komandanın ayağına yazılıb.
Həm də sumqayıtlılar mövsümün ən ağır ev məğlubiyyətini təkrarlayıb. “Qarabağ”dan 4 qol buraxan sumqayıtlılar bu dəfə də “Qəbələ” qarşısında aciz qalıb.