"Sumqayıt"ı böyük hesabla məğlub etdi - "Neftçi"
26.07.2020 - 21:06
"Sumqayıt"ı böyük hesabla məğlub etdi - "Neftçi"

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" və "Sumqayıt" Qəbələdə təlim-məşq topanışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, komandalar hazırlıq çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxıb.

Premyer Liqanın gümüş mükafatçısı "flaqman" çempionatı 4-cü yerdə bitirən rəqibini sınağa çəkib. Oyun "Neftçi"nin üstünlüyü şəraitində keçib və paytaxt klubu böyükhesablı qələbə qazanıb. "Ağ-qaralar"ın qollarından birinə yeni transfer Tallison imza atıb.

Yoxlama görüşü
26 iyul
19:00. "Neftçi" - "Sumqayıt" - 3:0

Namiq Ələsgərov; Tallison; Mirabdulla Abbasov
Qəbələ şəhər stadionu