“Sumqayıt”ın “Şaxtyor” tapmacası
10.01.2020 - 10:57
“Sumqayıt”ın “Şaxtyor” tapmacası

Qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq "Sumqayıt"la bağlı qeyri-müəyyənlik yaranıb.

Apasport.az saytının məlumatına görə, buna qazaxıstanlılar səbəb olub.

Bu ölkədən olan həmkarlarımız “Sumqayıt”ın hazırlıq çərçivəsində Karaqandanın “Şaxtyor” klubu ilə görüşəcəyini iddia edir. Məlumata əsasən, bu matç yanvarın 25-də baş tuacaq.

Hərçənd sumqayıtlılar qonşu ölkədə 3 yoxlama oyunu keçirəcəyini açıqlayıblar ki, bu siyahıda Qazaxıstan təmsilçisi yoxdur. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.

Bu anlaşılmazlığın səbəbləri hələ dəqiq bəlli deyil. “Sumqayıt”ın planlarının dəyişməsi də, qazaxıstanlıların yanlışlığa yol verməsi də mümkündür. Hər halda, vətənə yanvarın 26-da dönəcək təmsilçimizin 4-cü matça çıxacağı da istisna edilmir.