“Sumqayıt”ın tarixinə düşdü - kapitan
25.11.2019 - 11:00
“Sumqayıt”ın tarixinə düşdü - kapitan

Premyer Liqanın XII turunun “Sumqayıt” – “Qarabağ” oyunu meydan sahiblərinin kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi 2013-cü ildən şərəfini qoruduğu komandanın heyətində 159-cu çempionat matçına çıxıb. O, bu müddətdə cəmi 1 qol vurub.

Vurğun “Sumqayıt”ın tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçu olub. Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.

Qeyd edək ki, “Sumqayıt” bu qarşılaşmada 2:1 hesablı əzmkar qələbə qazanıb.