Gələn həftə Azərbaycan futbolunda 2021/22 mövsümünün ikinci yarısı start götürəcək.
Apasport.az saytının məlumatına görə, 2022-ci ilin ilk matçları ölkə kubokuna təsadüf edəcək.
1/4 final mərhələsinin ilk matçları fevralın ilk günlərində baş tutacaq. 1992-ci ildən keçirilən yarışın tarixində ən çox oyuna çıxan klubların siyahısını təqdim edirik.
Cədvələ “Neftçi” başçılıq edir. “Ağ-qaralar” 161 matç keçirib. “Qarabağ” 13 oyun geri qalır. “Keşlə” və “Kəpəz”də 100-ü keçib.
“Kəpəz” “Top-10”dakı iki I divizion təmsilçisindən biridir. Digər isə MOİK-dir.
Kubokda çox sayda oyun keçirənlərdən “Bakı”, “Xəzər Lənkəran”, “Turan” və “Şahdağ” tarixin yaddaşına köçən klublardır. Premyer Liqanın 4 klubu “onluq”dadırsa, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Sabah” bura düşməyib.
1. “Neftçi” - 161
2. “Qarabağ” - 148
3. “Keşlə” - 106
4. “Kəpəz” - 101
5. “Bakı” - 91
6. “Turan” - 82
7. “Qəbələ” - 70
8. “Xəzər Lənkəran” - 69
9. MOİK - 63
10. “Şahdağ” - 48