“Sumqayıt”la vidalaşdı – millimizin futbolçusu
26.05.2021 - 13:51
“Zirə”nin yeni transferi Mehdi Cənnətov sosial şəbəkə vasitəsilə sabiq komandası “Sumqayıt”la vidalaşıb.
Apasport.az saytının məlumatına görə, milli komandamızın qolkiperi “gənclik şəhəri” təmsilçisində uğurlu illər keçirdiyini yazıb.
29 yaşlı oyunçu onlara təşəkkürünü bildirib: “Sumqayıt” rəhbərliyinə, məşqçilər heyətinə və azarkeşlərə təşəkkür edirəm. Bu il çox yaxşı işlər gördük, uğurlu nəticələr qazandıq. Təşəkkür edirəm və yeni mövsümdə uğurlar diləyirəm”.
Qeyd edək ki, Mehdi Cənnətov 2017-ci ildən “Sumqayıt”ın formasını geyinib.
0
0