“Tələbələr” qovuldu, oyun dayandırıldı – Azərbaycan kubokunda
20.01.2020 - 00:02
“Tələbələr” qovuldu, oyun dayandırıldı – Azərbaycan kubokunda

Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunlarına yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, oyunlardan öncə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin ölməz xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan olunub. 

Mərhələnin son oyun günündə 10 matç keçirilib. Bunlardan biri başa çatmayıb. AzMİU – “Baker Hughes” dueli sona 4 saniyə qalmış dayandırılıb. Buna səbəb “tələbələr”in üç üzvünün qırmızı vərəqə alaraq meydandan qovulması olub. Hakimlər yetərsayın olmadığı üçün görüşü saxlayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. 

Digər matçlarda isə “Gənclik” İK, “Bibi-Heybət”, “Borçalı”, “Baker Tilly”, NTD, “Zəngilan, “Forza Neftçi”, “Advokat” və “Standard” komandası 1/16 finala vəsiqə qazanıb. Bu komandalar öncə 1/32 final səddini adlayan “Dalğa”, “Yurd” MFK, “Hövsan”, “Altay”, “Baku Fans”, “Yasamal” İSK-2, “Star karqo”, “Atletiko Baku”, “Star karqo-2”, “Red Line”yə qoşulublar.

Azərbaycan kuboku
1/32 final, cavab oyunları
19 yanvar

U-19 – “Gənclik” İK - 2:7
İlk oyun: 2:4
“Xızı Yasamal” – “Bibi-Heybət” - 5:5
İlk oyun: 3:3
“Çinar Cəbrayıl” – “Borçalı” - 2:14
İlk oyun: 1:12
AzMİU – “Baker Hughes” - 4:4 (oyun başa çatmayıb)
İlk oyun: 3:5
ADBTİA – “Baker Tilly” - 1:4
İlk oyun: 1:4
“AjaxBaku” – NTD - 3:6
İlk oyun: 4:2
“Zəngilan” – “Bədr FK Xocalı” - 3:2
İlk oyun: 8:8
“Forza Neftçi” – “Təbriz” - 4:2
İlk oyun: 3:3
“Rayyan” MFC – “Advokat” - 5:8
İlk oyun: 3:8
“Standard” – AZZERS - 5:2
İlk oyun: 6:2