Azərbaycan millisinin qapıçısı Emil Balayev Türkiyədə bərpa prosesini başa vurub.
Apasport.az saytının məlumatına görə, Qazaxıstanın “Tobol” klubunda çıxış edən qolkiper yeni mövsüm öncəsi zəruri olan profilaktik prosedurlardan keçib.
Klubun rəsmi saytı E.Balayevin klinikadakı bərpa prosesinin zəruri olduğunu qeyd edib: “Qapıçıların yüklənmə və məşqlərinin spesifikası digər oyunçulardan fərqlənir. Türkiyədəki prosedur Emilin mövsüm öncəsi baş tutacaq toplanışlara yaxşı formada çatmasını və qarşıdakı ildə zədələrdən qaçmasına kömək edəcək”.
Qeyd edək ki, E.Balayev ötən mövsüm Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçısı seçilib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı