“Tottenhem” Fernandeşi icarəyə götürür
13.01.2020 - 14:41
“Tottenhem” Fernandeşi icarəyə götürür

İngiltərənin “Tottenhem” klubu Jadson Fernandeşin keçidini razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, Portuqaliya təmsilçisi “Benfika”nın yarımmüdafiəçi icarə əsasında Premyer Liqada oynayacaq.

1,5 illik icarə müddəti başa çatdıqdan sonra London təmsilçisi futbolçunu 60 milyon avroya transfer etmək hüququna yiyələnəcək. 21 yaşlı yarımmüdafiəçi bu gün müqavilə imzalamaq üçün İngiltərəyə yollanacaq.

Qeyd edək ki, futbolçunu digər İngiltərə klubları “Vest Hem” və “Vulverhempton” da heyətində görmək istəyirdi.