"Real"ın hücumçusu Qaret Beyl "Tottenhem"ə qayıda bilər.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi "transfer pəncərə"sinin son günündə ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu məqsədlə Premyer Liqa klubunun rəhbəri Daniel Levi Madridə yollanıb. O, bu gün "kral klubu"nun prezidenti Florentino Pereslə görüşərək, keçidi həll etməyə çalışacaq. Yeganə problem Uels millisinin üzvünün "Real"da həftəlik məvacibinin 600 min avrodan çox olmasıdır. İngilislər Beylin bu məbləğdə endirimə getməsinə ümid edirlər.
Qeyd edək ki, "Real" Qaret Beyli 2013-cü ildə "Tottenhem"dən 100 milyon avroya transfer edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı