UEFA "Trabzonspor" klubunu avrokuboklardan kənarlaşdırıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb Türkiyə klubunun Maliyyə Feyr-Pley qaydalarını pozmasıdır.
Qitə futbol qurumu rəsmi saytı vasitəsilə Super Liqanın liderinin 1 il müddətinə avrokuboklardan diskvalifikasiya edildiyini bəyan edib. Cəzanın qüvvədə qalma müddəti 2 illik nəzərdə tutulub. "Bordo-mavililər" ya 2020/21, ya da 2021/22 mövsümündə Avropa arenasında iştirak edə bilməyəcək. UEFA türklərə 2019-cu ildəki maliyyə sabitliyini təmin etmək üçün vaxt verib.
"Trabzonspor" rəhbərliyi cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.