“Trabzonspor”un 5 futbolçusuna xaricdən təklif
10.03.2022 - 14:06
“Trabzonspor”un 5 futbolçusuna xaricdən təklif

Türkiyədə uğurlu mövsüm keçirən “Trabzonspor” yayda bir neçə futbolçusu ilə yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, Super Liqanın liderinin konkret olaraq 5 oyunçusu xarici klubların diqqət mərkəzindədir.

Bunlar qapıçı Uğurcan Çakır, yarımmüdafiəçilər Abdülkadir Ömür, Anastasios Bakasetas və hücumçular Andreas Korneliusla Caninidir. Uğurcan “Sevilya”, Abdülkadir “Nitsa”, Bakasetas “Sportinq”in transfer gündəmindədir.

Korneliusun meneceri onun üçün 10 milyon avro ödəməyə hazır olan klubun olduğunu bildirib. Canini isə ərəb ölkələrindən birinə köçə bilər. Qara dəniz klubunun rəhbərliyi bu məsələlərə yalnız mövsümün sonunda baxa biləcəyini açıqlayıb.

Qeyd edək ki, “Trabzonspor” 28 turdan sonra 67 xalla Super Liqaya başçılıq edir.
 

0