Almaniyada “transfer pəncərəsi”nin vaxtı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqı futbolçuların keçidlərini iyulun 1-dən qeydiyyata almağa başlayacaq.
İlk mərhələ öncədən müqavilə imzalanan futbolçularla bağlıdır. Belə oyunçuları klublar iyulun 15-dək qeydiyyata salmalı olacaq.
İyulun 15-dən oktyabrın 5-dək isə yeni mövsüm üçün əlavə futbolçular sifariş edilə biləcək. Lakin hələlik yeni mövsümün tarixi dəqiqləşməyib.
Qeyd edək ki, Almaniya Bundesliqası koronavirus pandemiyası ilə bağlı fasilədən sonra bərpa olunan ilk çempionat idi. Yarış ötən həftə başa çatıb.