"Təəssüf ki, alınmadı" - Qurban Qurbanov 
29.11.2019 - 02:43
"Təəssüf ki, alınmadı" - Qurban Qurbanov 

"Rəqibi təbrik edirəm". 

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Sevilya"ya 0:2 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, artıq növbəti mərhələ şanslarını itirdiklərindən qarşıdakı oyunlara hazırlaşacaqlar: "Çox istərdik ki, ən azı bir xalla qayıdaq. Təəssüf ki, alınmadı. Oyunu, qrupu çox analiz edə bilərik. Futbolçular çox əziyyət çəkdi. Hamısından razı qaldım. Qarşıdakı oyunlara hazırlaşacağıq".