“Tuluza” yenidən Liqa1-də
26.04.2022 - 10:57
“Tuluza” yenidən Liqa1-də

Fransa Liqa1-ə ilk vəsiqənin sahibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Tuluza” 2 ildən sonra yüksək dəstəyə qayıdıb.

Bu, “Nyor” üzərində 2:0 hesablı qələbədən sonra rəsmiləşib. Sona üç tur qalmış xal hesabını 76-ya çatdıran komanda ilk iki yerdən birini təmin edib. 

İkinci pillədəki “Ayaçço”dan 8, üçüncü olan “Oser”dən 11 xal uzaqlaşan Tuluzanın eyniadlı təmsilçisi bununla da Liqa1-ə qayıdıb. 2019/20 mövsümündə elitanı tərk edən tuluzalılar bunadək ardıcıl 17 il güclülər sırasında yer almışdı.

Qeyd edək ki, Liqa2-də ilk iki yeri tutan komanda Liqa1-ə birbaşa vəsiqə qazanır, 3-5-ci yer sahibləri pley-offda mübarizə aparır.