"Uğursuz nəticədir. Üstəlik, oyun da ürəyimcə olmadı”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Nəticədən və oyundan razı qalmayan Bordin cavab matçında bütün şanslardan maksimum yararlanmağın vacib olduğunu bildirib: “Erkən qol vurmaq istəyirdik. Bununla belə, az risk etməliydik. "Sumqayıt”ın bizə qarşı müdafiəyəmeyilli, yəni 5-4-1 sxemi ilə oynayacağını bilirdik. Rəqib çox qapandığı üçün ilk hissədə elə də çox qol epizodu yarada bilmədik. Amma fasilədən sonra kifayət qədər qol şansımız oldu. Xüsusilə, Tural Axundovun əlinə düşən fürsət zamanı hesabı bərabərləşdirə bilərdik. Futbolçularımız çox tələsirdilər və səbirsiz davranırdılar ki, bu da sonda öz nəticəsini göstərdi”.
O, həm Baqali Dabo, həm də Emin Mahmudovun ehtiyatda qalmasına da aydınlıq gətirib: “Onlar zədə səbəbindən ehtiyatda qalmışdılar. Dabo, demək olar ki, zədədən sonra bərpa olunub, amma Eminin dizində dünənki məşqdə də narahatlıqlar vardı. Kubokun iki oyundan ibarət olduğunu nəzərə alaraq, risk edib onları start heyətində meydana buraxmadım. Təbii ki, səfər qələbəsindən sonra üstünlük "Sumqayıt”ın tərəfindədir. Futbolçular bugünkü səhvlərindən nəticə çıxarıb, onları cavab matçında təkrarlamamalıdırlar. Komandamızın üzvləri bu gün xeyli sayda fürsəti boşa verdiklərinə görə, cavab matçında bütün şanslardan maksimum yararlanmalıdırlar”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı