“VAR-a görə çox vaxt gedir” – UEFA prezidenti
31.10.2020 - 00:06
“VAR-a görə çox vaxt gedir” – UEFA prezidenti

“Mənim ideyam belədir ki, VAR başadüşülən, aydın olan vəziyyətlərdə istifadə edilməlidir”.
 
Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
 
Sloveniyalı VAR sistemindən mənasız yerə də istifadə olunmasından narazılığını dilə gətirib: “Bəzi liqalarda oyun həddən artıq çox dayandırılır, VAR-a görə çox vaxt gedir. Bu, futbol üçün pisdir. Bir sıra qaydaların izahı ilə bağlı şübhələrim var. Bunlar əllə oyun, oyundankənar vəziyyətlərdəki 1-2 sm qaydalarıdır. Həmçinin bəzən penalti vaxtı qapı xəttini bir neçə santimetr keçən qapıçıları cəzalandırılmasını nəzərdə tuturam”.
 

0