“Valensiya” Qedeşə qiymət qoydu
30.03.2022 - 12:06
“Valensiya” Qedeşə qiymət qoydu

“Valensiya”nın futbolçusu Qonsalo Qedeşin transfer qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu oyunçusunu 40 milyon avroya satmağı planlaşdırır.

“Yarasalar” bundan aşağı qiymət təklifi ilə bağlı danışıqlar aparmayacaq. Futbolçunun xidmətində “Roma” maraqlıdır.

Qeyd edək ki, Qedeş cari mövsüm La Liqada 28 oyunda 11 qol vurub.