“Valensiya” qapıçı tapdı – Gürcüstandan
03.06.2021 - 13:16
İspaniyanın “Valensiya” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Tbilisi “Dinamo”sunun qapıçısı Georgi Mamardaşvili La Liqa təmsilçisinə keçib.
Gürcüstanlı futbolçu icarə əsasında “yarasalar”ın şərəfini qoruyacaq. İspaniya ilə anlaşma 1 illik nəzərdə tutulub.
Qeyd edək ki, Mamardaşvili “Dinamo”nun yetirməsidir. O, ötən mövsümü icarə əsasında Tbilisi “Lokomotiv”indən keçirib.
0
0