Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun klubu "Vulverhempton"da qalmaq şansı çox azdır.
Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi gənc forvardı yenidən icarəyə verməyə hazırlaşır.
"Vulverhempton" ötən ilin yayında "Eştoril"dən transfer etdiyi Renatı bir il müddətinə "Pakuş Ferreyra"ya icarəyə versə də, cəmi 6 ay sonra oyunçu geri qayıtmışdı. Yığmamızın üzvü hazırda "Vulverhempton"un əvəzedici komandasında çıxış edir. Əsas kollektivə düşmək şansı olmayan forvardın yenidən icarəyə verilməsi planlaşdırılır. Ancaq klub tapılmasa, Dadaşov mövsümün qalan hissəsini Premyer Liqa təmsilçisinin əvəzedicilərində keçirəcək.
Qeyd edək ki, Renat Dadaşov ötən yay "Vulverhempton"la 4 illik müqavilə bağlamışdı.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək