"Komandanın oyunundan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar".
Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı mütəxəssis Premyer Liqanın XII turunda evdə "Qəbələ" ilə matçı şərh edib. O, 4:1 hesabı ilə qalib gəldikləri görüşdə yaxşı oyun yaxşı oynadıqlarını bildirib: " Son matçda uduzmuşduq, uşaqlar bundan nəticə çıxardılar. Bu gün yaxşı oyunla qələbəni bacardıq. Baqali Dabo zədəli olduğu üçün heyətdə yer almamışdı. Futbolda asan qələbə olmur. Bunun üçün vuruşmaq, döyüşmək lazımdır".
Bordin əvəzetmələrindən də danışıb: "Meydana 11 nəfər buraxırıq. Bu gün Evangelas Platellasın meydanda olması məşqçi seçimidir. Qol vurmasına görə sevinirəm. Çox işləmişdi, əziyyətinin bəhrəsini gördü. Voislav Stankoviçdə yorğunluq hiss olunurdu deyə, yerinə Mamadu Mbocu buraxdıq. Ümumiyyətlə, hər 3 əvəzetmə oyuna yaxşı qoşuldular. Donald Gerye komanda ilə təlim-məşq toplanışı keçməyib. Ola bilsin, fiziki forması tam qaydasında deyil. Bunun üzərində çalışırıq".