"Yaxşı oyun göstərib qalib gəlmək istəyirik" - Azər Salahlı
05.06.2021 - 19:19
“Sabah bizi ağır oyun gözləyir”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Azər Salahlı deyib.
O, yığmamızın Moldova ilə sabah keçiriləcək yoxlama oyunu ərəfəsində mətbuat konfransında fikirlərini açıqlayıb: “Baş məşqçi rəqibin oyunlarını izləyib. Bizi bu barədə məlumatlandırıb. Yaxşı oyun göstərib qalib gəlmək istəyirik”.
Qeyd edək ki, Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0