“Yuventus” 21-ci dəfə finalda
21.04.2022 - 09:31
“Yuventus” 21-ci dəfə finalda

İtaliya kubokunda ikinci finalçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Yuventus” tarixində 21-ci dəfə həlledici qarşılaşmaya yüksəlib.

Turin təmsilçisi səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “Fiorentina”nı yarımfinalın cavab oyununda da üstələyib – 2:0. Bununla da “Yuventus” mayın 11-dəki finalda “İnter”ə rəqib olub.

“Ağ-qaralar” İtaliya kubokunda finala ən çox yüksələn komandadır. Onlar 14 dəfə mükafata sahib çıxıb.

Qeyd edək ki, final sayında ikinci olan “Roma”nın 17 uğuru var.