“Yuventus” Almaniyada müdafiəçi tapdı
26.04.2022 - 12:00
“Yuventus” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu David Raumu almağa qərar verib.
“Hoffenhaym”ın müdafiəçisi baş məşqçi Massimiliano Alleqrinin oyun üslubuna uyğun gəlir. Bu üzdən 24 yaşlı arxa xətt oyunçusunun alınmasına qərar verilib. Bu keçid mövsümlərarası dövrdə reallaşa bilər.
Qeyd edək ki, Raum cari mövsümün 32 oyununda 3 qol və 11 assistə imza atıb.
0
0