“Yuventus” İspaniyadan yarımmüdafiəçi alır
26.04.2022 - 09:30
“Atletik”in futbolçusu İker Muniayn İtaliyadan təklif alıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi artıq yay transfer pəncərəsində A seriyası klubuna keçə bilər.
29 yaşlı ispaniyalını “Yuventus” heyətində görmək istəyir. Yaxın günlərdə iki klub rəhbərləri arasında keçidlə bağlı danışıqlar baş tutacaq. Onun Bilbao təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq.
Qeyd edək ki, Muniayn cari mövsüm La Liqada keçirdiyi 30 matçda 4 qola imza atıb.
0
0