“Yuventus” axtardığını “Real”da tapdı
11.04.2022 - 10:04
“Yuventus” axtardığını “Real”da tapdı

“Yuventus” yeni hücumçu axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” komandadan azad agent kimi ayrılmağa hazırlaşan Paulo Dibalaya alternativ tapıb.

Turin təmsilçisi “Real”ın oyunçusu Marko Asensionun bu boşluğu doldurmaq iqtidarında olduğunu düşünür. 26 yaşlı hücumameylli futbolçunun “kral klubu” ilə müqaviləsi gələn ilin yayına qədər olsa da, bu yay komandasını dəyişə bilər. Çünki Asensio müntəzəm əsas heyətdə yer almır. Onun xidmətində “Tottenhem” də maraqlıdır.

Qeyd edək ki, Marko Asensio bu mövsüm “Real”ın heyətində 35 oyuna çıxıb, 10 qol, 1 assistlə yadda qalıb.