“Yuventus” daha bir futbolçunu Qətərə satır
06.01.2020 - 10:24
İtaliyanın “Yuventus” klubu daha bir futbolçusunu Qətər təmsilçisi “Əl-Duhail”ə satmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, müqavilə ilə “Kalyari”yə məxsus olan Xan Kvan Sonu Asiya təmsilçisinə transfer olunmağa yaxındır.
A seriyasında qol vuran ilk KXDR futbolçusu kimi tarixə düşən Son artıq Qətər klubunda tibbi müayinədən də keçib. Onun transferinin reallaşması üçün “Yuventus” asiyalını “Kalyari”dən almalı, sonra qətərlilərə satmalıdır.
Qeyd edək ki, Son “Yuventus”un əsas komandasında debüt etməyib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0