“Yuventus” futbolçusunu Niderlanda göndərdi
31.01.2022 - 00:16
“Yuventus” daha bir futbolçusunu icarəyə göndərib.
Apasport.az saytının məlumatına görə, Məhəmməd İhattaren karyerasını Niderlandda davam etdirəcək.
Hücumameylli yarımmüdafiəçi “Ayaks”a icarəyə verilib. O, 2022-ci ilin sonunadək Amsterdam klubunda oynayacaq. 19 yaşlı futbolçunun maaşı niderlandlılar ödəyəcək.
Qeyd edək ki, Məhəmməd bunadək “Sampdoriya”da icarədə olub.
0
0