“Yuventus” üçün prioritet - Poqba
28.02.2022 - 17:06
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba İngiltərə təmsilçisi ilə mövsümün sonuna qədər olan müqaviləni yeniləməyəcək.
Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, Fransa millisinin üzvü yayda azad agent statusu daşıyacaq.
28 yaşlı orta sahə oyunçusu sabiq komandası “Yuventus”un yay transfer pəncərəsində əsas hədəfinə çevrilib. “Qoca sinyora” ulduz futbolçunu 2012-2016-cı illərdə oynadığı komandaya qaytarmağa çalışır. Ancaq onun xidmətində digər nəhənglər də maraqlıdır.
Qeyd edək ki, Pol Poqba bu mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol, 8 assistlə yadda qalıb.
0
0