“Yuventus”a “qiymət oxudu” – 3 milyon
16.09.2020 - 18:36
İtaliyanın “Yuventus” klubu futbolçusu Sami Xedira ilə danışıqları davam etdirir.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi almaniyalı yarımmüdafiəçi ilə müqaviləyə xitam vermək niyyətindədir.
33 yaşlı futbolçu bunun üçün 3 milyon avro kompensasiya tələb edir. Xediranın müqaviləsi 2021-ci ildə başa çatacaq.
Oyunçu anlaşmaya əsasən ildə 6 milyon avro qazanır.
0
0