“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo komandasını dəyişmək qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən ölkəsi Fransada qalan futbolçu Turinə dönməkdən imtina edib.
Mayın 18-də məşqlərə başlamağı planlaşdıran “qoca sinyora”da bütün oyunçulara İtaliyaya qayıtmaq tapşırılsa da, Rabyo bu göstərişə əməl etməyib. O, klubdakı maliyyə problemi ilə əlaqədar maaşların azaldılmasına etiraz bildirib. İllik məvacibi 8 milyon avro olan 25 yaşlı futbolçu mövsüm bərpa olunsa belə, dönməkdə maraqlı deyil.
Qeyd edək ki, Adrien Rabyo bu mövsüm bütün turnirlərdə “Yuventus”un heyətində 24 matç keçirib.