“Yuventus”dan “Cenoa”ya – bir mövsümlük
26.09.2020 - 13:51
İtaliyanın “Yuventus” klubunun futbolçusu Luka Pelleqrini “Cenoa”ya keçib.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 21 yaşlı sol cinah müdafiəçisini icarəyə verib.
İcarə müddəti 2021-ci il iyunun 30-da başa çatacaq. “Roma”nın yetirməsi olan müdafiəçi “Kalyari”də də çıxış edib.
Qeyd edək ki, Pelleqrini ötən mövsümün “Kalyari”də keçirdiyi 24 oyununda 6 qol ötürməsi verib.
0
0