“Tottenhem” “Yuventus”un yarımmüdafiəçi Deyan Kuluşevskini transfer edə bilər.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yanvarda icarəyə götürdüyü 21 yaşlı oyunçunun çıxışından məmnundur.
“Tottenhem” İsveç millisinin üzvünü birdəfəlik transfer etmək hüququ ilə 18 aylıq icarəyə götürüb. Londonlular onu bu yay 30 milyon avroya almağı planlaşdırır. Transfer proseslərinin gedişinə görə, bu keçid gələn ilə də təxirə salına bilər.
Ancaq Kuluşevski 2022/23 mövsümündə Premyer Liqadakı oyunların ən azı 50 faizində minimum 45 dəqiqə oynasa və komanda Çempionlar Liqasına vəsiqə qazansa, bu məbləğ 35 milyon avroya yüksələcək.
Qeyd edək ki, Deyan Kuluşevski “Tottenhem”in heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 2 qol, 4 assistlə yadda qalıb.