“Yuventus”la oyunu buraxacaq - İbrahimoviç
29.12.2020 - 00:08
“Yuventus”la oyunu buraxacaq - İbrahimoviç

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara dönüşü yubanacaq.

Apasport.az saytının məlumatına görə, isveçli forvard yanvarın əvvəlindəki matçları da buraxmalı olacaq.

Noyabrın 23-də “Napoli” ilə görüşdə zədələnən və sağaldıqdan sonra məşqdə yenidən ayağından xəsarət alan 39 yaşlı superulduz A seriyasında “Benevento” (3 yanvar) və “Yuvetus”la (6 yanvar) görüşdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, İbrahimoviç bu mövsüm A seriyasında 10 qol vurub, 1 məhsuldar ötürmə verib.
 

0