I Divizionun 2020/2021 mövsümündə gümüş və bürüncü mükafatçılar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, XXVI turda “Turan Tovuz”un qonağı olan “Zaqatala” 2:1 qalib gələrək komandaların arasındakı xal fərqini 8-ə yüksəldib.
Bu nəticədən sonra “Zaqatala”nın gümüş medalların sahibi olacağı dəqiqləşib.
Eyni zamanda, ən yaxın izləyicisi “Sabah-2”ni 3 xal qabaqlayan “Turan Tovuz” şəxsi görüşlərdə rəqibindən üstün olduğuna görə (1:1, 1:0, 3:3) sona 1 tur qalmış bürünc mükafatçı adına yiyələnib.
Qeyd edək ki, ötən tur “Neftçi-2”nin I Divizionda 2020/2021 mövsümünün qalibi olması rəsmiləşib.