"Zirə" ilə müqaviləm davam edir. Sadəcə əsas komanda ilə deyil, əvəzedici heyətlə məşq edirəm".
Bunu apasport.az saytına “Zirə”nin futbolçusu Bəxtiyar Həsənalızadə deyib.
Baş məşqçi Zaur Həşimovun komandada görmək istəmədiyi müdafiəçi başqa kluba keçmək üçün danışıqlara başlayıb. Lakin hələlik konkret razılaşma yoxdur.
Həsənalızadənin sözlərinə görə, danışıqlar müsbət yekunlaşmasa, mövsüm sonuna qədər əvəzedici heyətdə oynayacaq: "Türkiyəyə də aparılmamışam. Əvəzedici heyətdəyəm. Komanda axtarışındayam, tapsam “Zirə”dən gedəcəm. Əgər bu alınmasa, əvəzedici heyətdə çıxışıma davam edəcəm. Burada oynamağıma baxmayaraq, müqaviləmin şərtləri olduğu kimi qalacaq”.
Milli komandamızın sabiq müdafiəçisi Zaur Həşimovun onu heyətdə görmək istəməməsini belə şərh edib: "Əslində, Zaur Həşimovun məni əsas komandada görmək istəməməsini gözləmirdim. Ancaq futboldur da, belə şeylər tez-tez baş verir. Hər futbolçunun karyerasında eniş də olur, yüksəliş də".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı