“Zirə” – “Qarabağ” matçında insident
19.03.2022 - 20:16
Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” – “Qarabağ” oyununda futbolçular arasında insident yaşanıb.
Apasport.az saytının məlumatına görə, bakılıların yarımmüdafiəçisi Qismət Alıyevlə Ağdam təmsilçisinin hücumçusu Ramil Şeydayev arasında mübahisə düşüb.
Digər futbolçular araya girərək, komanda yoldaşlarını sakitləşdiriblər. Baş hakim Rauf Cabarov isə 55-ci dəqiqədə baş verən hadisəyə görə, hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə “Qarabağ” 2:0 hesabı ilə öndədir.
0
0