“Zirə” Türkiyədə üç oyun keçirəcək
24.12.2019 - 14:06
“Zirə”nin qış təlim-məşq toplanışının proqramı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qəsəbə təmsilçisi 2020-ci il yanvarın 3-də Bakıda bir araya gələcək.
Ayın 7-nə qədər paytaxtda hazırlıq keçəcək bakılılar ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda burada “İC Santai” otelində məskunlaşacaq.
“Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Zaur Həşimovun yetirmələri yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. “Zirə” yanvarın 22-də Bakıya dönəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0