“Zirə” əcnəbi futbolçu transfer edir – menecer açıqladı
08.01.2021 - 09:57
“Zirə” klubu heyətinə yeni əcnəbi futbolçu cəlb etməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, bu barədə braziliyalı menecer Joao Santos İtaliya mətbuatına açıqlamasında məlumat verib.
“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyonun da menecerliyini edən Santos konkret ad çəkməsə də, Azərbaycan təmsilçisi ilə danışıq apardıqlarını söyləyib: “Çox ümid verici bir futbolçu var. Hazırda onun keçidi üçün Azərbaycanın “Zirə” klubu ilə danışıqlar aparırıq”.
Qeyd edək ki, “Zirə” qış fasiləsində hələlik yalnız Musa Qurbanlını “Qarabağ”dan icarəyə götürüb.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı
0
0