"Zirə" fransalı yarımmüdafiəçi transfer etdi
26.01.2022 - 19:39
"Zirə" yeni futbolçu ilə anlaşıb.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Hamidu Keyta ilə 1,5 illik müqavilə bağlayıb.
27 yaşlı fransalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Oser", "Havr", “Trelissak”, “Sent Etyen”, “Şambli”, Rumıniyanın “Dunerya”, “Farul” və “Botoşoni” klublarında çıxış edib. Keyta son olaraq Portuqaliyanın “Santa Klara” klubunun formasını geyinib.
0
0