Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Zirə” klubu heyətini iki futbolçu ilə gücləndirib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin sabiq futbolçusu Yovan Krneta və gənc Rauf Hüseynli mövsümün ikinci yarısında qəsəbə klubunun şərəfini qoruyacaq.
Baxışda olan Y.Krneta məşqçilər korpusu tərəfindən bəyənilərək komandada saxlanılıb. Onunla bu günlərdə rəsmi müqavilə imzalanacaq.
Baş məşqçi Zaur Həşimovun “Qarabağ"ın formasını geyinən 2000-ci il təvəllüdlü R.Hüseynlini də sərəncamında görmək istəyib. Artıq tərəflər razılıq əldə edib və futbolçu mövsüm sonuna kimi icarə əsasında "Zirə"də çıxış edəcək. O, komandanın Antalyadakı düşərgəsinə qoşulub.
Qeyd edək ki, bu gün Serbiya təmsilçisi "Napredak"la yoxlama oyunu keçirəcək "Zirə" Türkiyə toplanışını başa vuraraq sabah vətənə qayıdacaq.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək