“Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik” – Davit Volkov
21.12.2019 - 20:47
“Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik” – Davit Volkov

“Yaxşı əhval-ruhiyədəyəm, “Zirə”yə keçdiyimə görə şadam”. 

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin yeni transferi Davit Volkov deyib.

2019-cu ili “Qəbələ”də keçirən 24 yaşlı gürcüstanlı hücumçu paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında keçidinə münasibət bildirib: “Yanvar ayından etibarən yeni komandamın uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, “Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik. Bu, bizdən asılı olacaq”.