“Zirə” baxışa dəvət etdiyi futbolçularla bağlı yekun qərar verməyə tələsmir.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi düşərgəsində olan Yovan Krneta, Ali Sisey və Artom Rozqanyuku yoxlama matçlarında da sınamağa qərar verib.
Bu futbolçular komandanın məşqində iştirak etsələr də, baş məşqçi Zaur Həşimov hələlik onlarla bağlı istəyini açıqlamayıb. Lakin mütəxəssisin özü də bunu uzatmamaqda maraqlıdır. Onun bu gün Türkiyə toplanışında "Ümraniyəspor"la ilk yoxlama oyunundan sonra legionerlərdən ikisi haqda yekun qərarını verəcəyi gözlənilir. Bu da digər oyunçuları baxışa çağırmaq istəyindən irəli gəlir.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı