“Zirə”də daha bir legionerin “qələmi qırılır”
15.12.2019 - 14:36
“Zirə” qış fasiləsində daha bir legionerlə vidalaşa bilər.
Apasport.az saytının məlumatına görə, qəsəbə təmsilçisi yunan müdafiəçi Anastasios Papazoqlu ilə yanaşı, Soni Nordenin də xidmətində maraqlı deyil.
Son matçlarda əsas heyətə düşməkdə çətinlik çəkən 30 yaşlı yarımmüdafiəçinin qışda komandadan ayrılıb-ayrılmayacağı elə toplanış zamanı dəqiqləşəcək. Bunun da əsas səbəbi baş məşqçi Zaur Həşimovun haitilinin heyətdə görmək istəməməsidir.
Qeyd edək ki, “Mohun Baqan”da oynayan zaman “Neftçi”dən də təklif almış yarımmüdafiəçi “Zirə”yə üstünlük vermişdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0