“Zirə”də tarixi hadisə
04.12.2019 - 18:26
“Zirə”də tarixi hadisə

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la bu gün keçirilən oyunu (4:0) “Zirə”nin tarixinə əlamətdar hadisə ilə düşüb. 

Apasport.az saytının məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda meydana çıxan Cəlal Hüseynov klub tarixində ən gənc futbolçu olub.

2003-cü il yanvarın 2-də anadan olan müdafiəçi əsas komandada 16 yaş 336 günlüyündə debüt edib. Cəlal qəsəbə təmsilçisinin sabiq futbolçusu Ziyadxan Məmmədovun göstəricisini yeniləyib. 

2014-cü il sentyabrın 19-da keçirilən I divizionun “Zirə” – “Göyəzən” qarşılaşmasında (5:0) debüt edən futbolçu 19 yaş 102 günlüyündə şans qazanıb.