"Zirə"də yeni müqavilə - kapitanla
04.06.2021 - 15:19
“Zirə” daha bir futbolçu ilə müqaviləni uzadıb.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, Bakı klubu kapitanı Ağabala Ramazanovla yeni müqavilə imzalayıb.
Hücumçu ilə anlaşmanın müddəti 1 ildir. 29 yaşlı futbolçu gələn ilin yayına qədər 2020-ci ilin yanvarından şərəfini qoruduğu paytaxt klubunda qalacaq.
Qeyd edək ki, “Zirə” bunadək Təmkin Xəlilzadə, Mehdi Cənnətovu heyətinə qatıb, Davit Volkovla müqaviləni uzadıb. Həmçinin Hacıağa Hacılının icarə müddəti uzadılıb.
0
0