"Zirə"dən ayrıldı, debütantla danışığı donduruldu - Yunanıstanda
23.07.2020 - 09:29
"Zirə"dən ayrılan Anastasios Papazoğlunun karyerasını ölkəsi Yunanıstanda davam etdirmək variantı ortaya çıxıb.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı mərkəz müdafiəçisi sabiq klubu Smirnis "Apollon"unun alternativlərindən biridir.
Bir neçə namizədi müzakirəyə çıxaran klub rəhbərliyinin Papazoğlu ilə ilkin görüşü də olub. Lakin Super Liqanın debütantı sonradan sabiq "Zirə"li ilə danışığı dondurub. Çünki "Apollon" üçün prioritet başqa futbolçudur.
Qeyd edək ki, Anastasios Papazoğlu ötən mövsümü "Zirə"də keçirib. O, 2017/18 mövsümündə "Apollon"da çıxış edib.
0
0