“Zirə”dən ikinci bərabərlik – YENİLƏNİB
24.01.2022 - 19:51
“Zirə”dən ikinci bərabərlik – YENİLƏNİB

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Zirə” Antalya toplanışında son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri hazırlıq prosesində üçüncü matçında “Breqaniça” ilə üz-üzə gəlib.

Şimali Makedoniya təmsilçisi erkən qolla hesabı açsa da, birinci hissədəcə Davit Volkov bərabərlik topuna imza atıb. İkinci yarıda qol olmayınca komandalar meydanı heç-heçə ilə tərk edib.

Qeyd edək ki, bunadək Antalyada iki oyuna çıxan “Zirə” Macarıstan “Peç”i (3:5) və Polşa “Qurnik”i (2:2) ilə görüşüb. Toplanışı bu görüşlə başa vuran təmsilçimiz sabah Bakıya qayıdacaq.

Yoxlama oyunu
24 yanvar
17:00. “Zirə” – “Breqaniça” (Şimali Makedoniya) - 1:1

Davit Volkov, 11